Modern.az

Vətəndaşların 91,2 faizi Prezidentə tam etibar edir 

Vətəndaşların 91,2 faizi Prezidentə tam etibar edir 

Aktual

24 Dekabr 2021, 15:20

Sosial Tədqiqatlar Mərkəzinin İnam İndeksi jurnalının VI buraxılışında Prezidentin fəaliyyəti ictimai rəydə qiymətləndirilib.

 

Modern.az-ın məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzindən bildirilib ki, keçirilən sorğu Naxçıvan MR və azad olunan ərazilər istisna olmaqla bütün regionları əhatə edib.

 

Sorğuda iştirak edən vətəndaşların Prezidentə inam etimadı 91,2% tam etibar edirəm, 6,9% əsasən etibar edirəm olmaqla yüksək səciyyələnir.

 

Sorğu nəticələrinə görə Prezident Qələbənin memarı kimi qlobal platformalarda intensiv çıxışları ilə Zəfər tariximizi uğurla beynəlxalq aləmə tanıdır (93,6%), Zəfərin tarixiləşdirilməsində vətəndaş iştirakçılığını və ümummilli həmrəyliyi stimullaşdırır (85,7%), Azərbaycanın informasiya siyasətində üstünlüyünü təmin edir və bu yöndə fəaliyyətə dair yeni imkanlar açır (85,7%), milli maraqlarımıza zidd cəhdlərə və xarici təsirlərə qarşı müqaviməti gücləndirir (81,9%), qalibiyyəti milli birliyin və uğurlu siyasətin təminatında əsas resursa çevirməyin vacibliyini şərtləndirir (79,8%).

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı