Modern.az

Lotereyanın təşkili qaydaları təsdiqləndi

Lotereyanın təşkili qaydaları təsdiqləndi

Aktual

24 Dekabr 2021, 15:30

Bu gün Milli Məclisin iclasında “Lotereyalar haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

 

Modern.az-ın məlumatına görə, qanun layihəsi dövlət başçısının sərəncama uyğun olaraq hazırlanıb və aşağıdakıları nəzərdə tutur:

 

- lotereyaların təşkili və keçirilməsi sahəsində tənzimləyici orqanın müəyyən olunması və onun fəaliyyət dairəsinin təkmilləşdirilməsi, o cümlədən tiraj komissiyasının üzv ola biləcək şəxslərin siyahısınım və onların vətəndaş qüsursuzluğunu təsdiq edən sənədlərin səlahiyyətli orqanla razılaşdırılması prosedurunun müəyyən olunması;
- lotereyanın uduş fondunun yuxarı həddinin (80 faizdən çox ola bilməməsi tələbinin) aradan qaldırılması və bir tirajın uduş fondunun oynanılması nəticəsində həmin uduş fondunun udulmamış hissəsinin növbəti tirajda oynanılmasının nəzərdə tutulması;
- lotereya şərtlərinin təkmilləşdirilməsi, lotereyanın təşkili və keçirilməsi, habelə onun şərtlərində dəyişiklik edilməsi ilə bağlı müddətlərə yenidən baxılması (müddətlərin optimallaşdırılması);
- lotereya biletində nəzərdə tutulmalı bir sıra məlumatların lotereya təşkilatçısının internet səhifəsində əks olunması;
- virtual lotereyanın təşkili və keçirilməsinin hüquqi əsaslarının yaradılması;
- lotereyanın dayandırılması və onun keçirilməsinə xitam verilməsi əsasları və qaydasının təkmilləşdirilməsi.

 

Müzakirələrdən sonra dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı