Modern.az

AFFA 7 komandaya texniki məğlubiyyət verdi

AFFA 7 komandaya texniki məğlubiyyət verdi

Aktual

24 Dekabr 2021, 15:56

AFFA İntizam Komitəsi aşağı yaş qrupu üzrə çempionatlarda qeydə alınmış neqativ hallara hüquqi qiymət verib.

 

Modern.az-ın məlumatına görə, komitə müxtəlif səbəblərdən 7 komandaya texniki məğlubiyyət verib.

 

Region Liqasında iki belə hal yaşanıb. “Sədərək” – “Babək” və “Araz” (Naxçıvan) – “Kəngərli” oyunlarında “Sədərək”lə “Kəngərli” matçın gedişində meydanı özbaşına tərk etdikləri üçün hesab olduğu kimi saxlanılmaqla texniki məğlubiyyət alıblar.

 

U-14 Liqasında “Neftçi” İK İB – “Neftçi” PFK görüşündə birincilər qeydiyyatda olan oyunçunun yerinə başqasını meydana buraxaraq, “lipa”dan istifadə etdiyi üçün 0:3 hesablı məğlub sayılıb.

 

Digər 4 cəza U-13 Liqasına şamil edilib. “Polad” FK (Sumqayıt), “Təhsil” RİM (Bakı), “Xırdalan” FK və “Aquatic” FK komandaları müvafiq olaraq “İnternational” FA, “Sahil” FA, RİOEUGİM və AZART-la matça təyin olunan vaxtda gəlmədikləri üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı