Modern.az

Beynəlxalq Kosmik Stansiyanın orbiti dəyişdirilib

Beynəlxalq Kosmik Stansiyanın orbiti dəyişdirilib

Aktual

24 Dekabr 2021, 19:20

Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbiti bu gün səhər saatlarında dəyişdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın “Roskosmos” dövlət korporasiyası “Twitter” hesabında məlumat yayıb.

 

Bildirilir ki, “Soyuz MS-21” pilotlu kosmik gəmisinin buraxılışına hazırlıq işlərinə başlamaq üçün BKS-in orbital hündürlüyü təxminən 1,8 kilometr aşağı salınıb.

 

Qeyd edək ki, 2022-ci ildə Rusiya BKS-ə ikisi “Soyuz” və üçü “Progress” olmaqla beş kosmik gəmi göndərməyi planlaşdırır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı