Türkiyədə koronavirus xəstələrinin 10%-dən çoxu "Omicron" ştammı ilə yoluxub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.
"Bu vəziyyətdə vaksinin buster dozasının tətbiqinə ehtiyac daha da artır”, - deyə Qoca bildirib.
Xatırladaq ki, Türkiyədə "Omicron" ştamına ilk yoluxma halı dekabrın 11-də qeydə alınıb.