Modern.az

Bayraktar azərbaycanlı xilasedicilərə təşəkkür etdi - VİDEO

Bayraktar azərbaycanlı xilasedicilərə təşəkkür etdi - VİDEO

مورد توجه

13 Fevral 2023, 16:16

Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsalı ilə məşğul olan "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edən Azərbaycan xilasedicilərinə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Bayraktar Kahramanmaraş bölgəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına minnətdarlıq bildirib.

 

"Dualarımız sizinlədir. Allah razı olsun. Bütün millətimiz sizə dua edir", - Bayraktar deyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.

 

FHN-in 758 nəfər şəxsi heyəti Kahramanmaraş şəhərinə ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı