Modern.az

Səfirimiz Kuba Prezidenti ilə görüşdü - FOTO

Səfirimiz Kuba Prezidenti ilə görüşdü - FOTO

Aktual

15 Fevral 2023, 08:26

Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev bu ölkənin Prezidenti Migel Dias-Kanel Bermudeslə görüşüb.

 

Modern.az xəbər verir ki, səfir bu barədə tviter hesabında yazıb.

 

Səfir bildirib ki, görüş zamanı xalqlarımız arasında tarixi dostluq və mövcud əməkdaşlıq haqqında söhbət aparılıb.

 

Qeyd edək ki, Azərbaycan səfiri yanvarın 12-də etimadnaməsini Kuba Prezidentinə təqdim edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı