14 noyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Ağdamın birinciləri
Ağdamın birinciləri
05.02.2013, 09:55

Qarabağla bağlı araşdırmaları, xüsusəndə  Ağdam şəhərinin son yüzillik inkişafına həsr etdiyim tədqiqatla bağlı elmi mənbə və arxiv materialları ilə tanış olmaqla yanaşı,  yerli sakinlərlə görüşür, “ruhlar şəhərini” heç olmasa virtual olaraq gəzirəm. Bu müddət ərzində rastlaşıdığım ən ağır, bəlkədə  dəhşətli məqam  onda oldu ki, altıyüz metrlik “MVD” döngəsini küçənin dörd sakini ilə az qala bir aya yaxın müddətə gəzə bildik. Yazının bir hissəsini çapa verəndən sonra yada  düşdü ki, Azərbaycanın dama üzrə  çempionu Zəminə İbrahimova da burada yaşayıbmış...

Diqqətimizdən yayınan məqamlar yəqin ki, həm yaşımızla, həm də yaddaşımızla bağlıdır. Bu istiqamətdə aparılan ideoloji işi də qənaətbəxş saymaq olmaz. Odur ki, indidən, heç olmasa yaşlı nəslin nümayəndələri və ziyalılarımızla görüşməli, Ağdamla bağlı istənilən məqamlara aydınlıq gətirməliyik...

Bəli, bu gün Ağdam haqqında  yazmaqla gənc nəslə şəhər haqında müəyyən fikirlər çatdırmaq hər birimizin borcudur. Növbəti yazımızı Ağdamın birincilərinə, bu şəhərə rəhbərlik etmiş şəxslərə həsr etmək qərarına gəldik.

...1923-cü ildən yeddi il ərzində Ağdam Qəza mərkəzi olub. O dövrdə qəza rəhbərləri haqqında müəyyən bilgilər əldə etmək mümkün olmamışdır. Demək olar ki, topladığımız əsas məlumatlar Ağdamın rayon mərkəzi kimi fəaliyyəti ilə bağlıdır.

İlk olaraq qeyd edək ki, 1930-cu ilin avqust ayından inzibati  rayon olaraq ərazi vahidi kimi formalaşdırılarkən Ağdamda ilk birinci katib vəzifəsini  Vəliyev familiyalı şəxs icra edib. Vəliyev  haqqında hər hansı bilgi əldə edə bilməsək də? onu öyrənə bildik ki, 1936-cı ilin əvvəlinə kimi, o bu vəzifədə çalışmışdı.  1936-cı ildən onu bu vəzifədə tanınmış  kinorejissor Ceyhun Mirzəyevin əmisi, əslən Gülablı kəndindən olan İbrahim Mirzəyev əvəzləyib.  

1938-ci ilin may ayının 15-18-i aralığında rayonda keçirilən Ağdam RPK-nın V konfransı partiya komitəsinin birinci katibi işləmiş İbrahim Mirzəyevin fəaliyyətinin təftiş edilməsi ilə başlamışdı. İ.Mirzəyev 2 il ərzində  partiyaya cəmi 30 nəfərin qəbul edilməsində, sıralarında 2500 nəfər olan komsomol təşkilatından lazımı şəkildə yararlanmamasında ittiham olunmuşdu. Konfransdan sonra keçrilən plenumda Ələkbər Eminov birinci katib seçilir. Qeyd edək ki, Ələkbər Eminov 1908-ci ildə Göyçay rayonunda bənna ailəsində anadan olmuş, 1922-ci ildə birinci dərəcəli məktəbi bitirmiş, 1924-ci ildə isə Göyçay da olan ikinci dərəcəli məktəbə daxil olsada təhsili yarımçıq qaılmışdı. Eminov 1932-ci ildə partiya sıralarına qəbul edilmiş və Stalin adına pedrabfakda (altı aylıq kurs) təhsil almışdı. 1932-1936-cı illərdə Göyçayda komsomol təşkilatında müxtəlif vəzifələrdə, 1936-1938-ci illərdə Naxçıvanda komsomol təşkilatında çalışmışdı. 1938-ci ilin mayında isə Ağdam rayon partiya təşklatının birinci katib seçilən Ə.Eminov, həmin ildə Ali Sovetə keçirilən seçkilərdə deputat mandatı da qazanmışdı.

1941-ci il  yanvarın 6-da  Stalin adına pedaqoji məktəbin akt zalında müəllimlərin  yanvar müşavirəsi keçirilir. Müşavirədə rayon təhsil şöbəsindəki problemlər müzakirə olunur və onun həlli yolları tədbir iştirakçılarının diqqətinə çatdırılır. Qeyd edilən tədbirdə RPK-nın birinci katibi Ələkbər Eminovda iştirak etmişdi. Bu Ə.Eminovun iştirak etdiyi  sonuncu tədbir olur. Bundan sonra o uzunmüddətli kursa gedir. Ələkbər Eminovun yerinə isə rayon Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin (ZDS İK) sədri Fətullazadə seçilir. Fətullazadə bu vəzifədə müharibə başlananadək, iyun ayınadək, qala bilir. Martın 23-də Fətullazadənin yerinə, yəni Ağdam ZDS İK-nə Xosrov Vahabzadə seçilir. 1941-ci ilin sentyabr ayından Ağdam RPK-nın birinci katibi vəzifəsinə bundan əvvəl  rayonda nəşr olunan “Lenin yolu” qəzetinin redaktoru işləyən Yusif Yusifov seçilir. Yusif Yusifov partiya işini tərk etdikdən sonra Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul  olmuş, tarix elmələri doktoru kimi ciddi elmi araşdırmaları olmuşdur.

1948-ci il fevralın 7-8-ində rayon partiya komitəsinin X konfransından sonra keçirilən plenumda Məmməd Behbud oğlu Orucov birinci katib seçilir. M. Orucov 1907-ci ildə Füzuli rayonunun Sərdarlı kəndində anadan olmuş, 1935-ci ildə APİ-nin tarix fakultəsini bitirmişdi. O, 1942-ci ildə Xindiristan MTS-ın də çalışmış, sonra irəli çəkilərək  Jdanov (indiki Beyləqan ) RPK-nın birinci katibi seçilmişdi. Jdanov rayonundakı fəaliyyətinə görə 1948-cü ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb.  Ağdamdan sonra M.Orucov bir müddət Quba RPK-nın birinci katibi və Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində çalışmışdı.

1951-ci ilin  noyabrın 30-da Ağdam RPK-nın növbəti plenumu keçirilir. Plenum təşkilat məsələlərinə baxır və M.Orucov başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilir və yerinə isə Məmməd Əliyev seçilir. Məmməd  Əliyev əslən Ağdamın Xıdırlı kəndindən olub, uzun müddət rayonda məsul vəzifələrdə çalışıb. O bu vəzifədə, 1952-cü ilin dekabrın 26-a kim qala bilir. Onun rayon prokuroru ilə çəkişməsi, habelə şəhərə qeydiyyatla bağlı ciddi nəzarətin olması ilə bağlı atdığı addımlar, sonda M.Əliyevin vəzifəsinin itirilməsi ilə nəticələnir. Qeyd edək ki, M.Əliyev bu vəzifəyə Yevlax RPK-nın ikinci katibi vəzifəsindən gəlmişdi. RPK-nın həmin gün keçirilən plenumunda Hümbət Mustafayev rayon partiya komitəsinin birinci katibi vəzifəsinə seçilir. H. Mustafayev 1914-cü ildə Şəmkir Rayon Zəyəm-Cirdaxan kəndində anadan olmuş, Qazaxda pedaqoji kursu, 1948-ci ildə Azərbaycan Pedqoji İntitutunu, habelə Ali Partiya Məktəbini bitirmişdi. 1948-ci ildə Salyanda, 1951-ci ildə Şəmkirdə sonra Ağdam RPK nın birinci katibi vəzifəsində seçilir.

1959-cu il  avqust ayının 18-də Ağdam Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd təsərrüfatında rəhbərlik sahəsində və partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə yolverdiyindən tutduğu vəzifədən azad edilmiş, Soltan Hümmət oğlu Əzizov birinci katib seçilmişdi.  1962-ci ilin iyul ayında Ağdam  RPK-nın növbəti plenumunda Soltan Əzizov işdən azad edilir və  Tapdıq Mustafayev  bu vəzifəyə seçilir. O bu vəzifədə  cəmi altı ay işləyəsi olur. Sonralar T. Mustafayev Mingəçevir şəhərinin təhsil sistemində çalışdığı deyilir.

1963-ci ilin yanvarın 11-də Ağdam Kənd İstehsalat Partiya Komitəsinin birinci konfransında Behbud Səmədov Kənd Istehsalat Partiya Komitəsinin birinci katibi vəzifəsinə seçilir. Məhz həmin ildə rayonların birləşdirilməsi baş verir,  Ağdam və Ağcabədi rayonları birləşdirləşdirilir. Bununla yanaşı rayon partiya komitələri kənd istehsalat partiya komitəsi adlanır.

1964-cü il iyun 5-də Ağdam Kənd Istehsalat Partiya Komitəsinin plenumu keçirilmiş və birinci katib Behbud Səmədovun fəalyyəti ciddi tənqid olunmuş və irəli sürülən əsas iddia kadrların seçilməsində, yerləşdirilməsində ciddi səhvlərə yolverildiyi, kadrlar seçilərkən onların işgüzarlıqları  və şəxsi keyfiyyətləri nəzərə alınmadığı qeyd olunur. İlk olaraq plenum Behbud Səmədovu birinci katib vəzifəsindən azad etmiş və onun yerinə Xosrov Ağayevi təyin etmişdi.  1965-ci ildə dekabrında Ağdam RPK-nın növbəti konfransı keçirilir. Konfransdan sonra keçirilən  plenumda Nadir Abbasov birinci katib seçilir.

1970-ci ili iyul ayında  Ağdam RPK-nın növbəti plenumunda Nadir Abbasov başqa işə keçməsi ilə əlaqədar birinci katib və büro üzvlüyündən azad edilir. Xatırladaq ki, Nadir Abbasov alicənab insan olaraq, savadlı kadrlara qarşı çox diqqətcil olması ilə fərqlənmişdi. Sonradan Ağcabədi və Salyan Rayon Partiya Komitələrinin birinci katibi vəzifəsində çalışmış, partiya və hökumət qarşısındakı fəaliyyətinə görə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq  görülmüşdü. Qeyd edək ki, 1970-ci ildə Nadir Abbasovun  yerinə Həsən Əliyev birinci katib vəzifəsinə seçilir.  Bu vəzifəyə elm sahəsindən gələn H.Əliyevin dövrü müəyyən gərginliklərlə müşayiət onunsa da, şəhərdə bir sıra işlər həyata keçirilmişdi.

1975-ci ildən -1980-cı ilin aprelinədk Ağdam RPK-nın birinci katibi vəzifəsini Telman Orucov icra edir. T.Orucov oz savadı və idarəçilik qabiliyyəti ilə digər birincilərdən seçilmişdi. T.Orucov 1980-cı ildə irəli çəkilərək komitə sədri təyin edildiyindən, Ağdam RPK-nın birinci katibi vəzifəsindən azad edilir.

1980-cu ilin aprelindən 1988-cu ilin noyabr ayına kimi Ağdam RPK-nın birinci katibi işləyən Sadıq Murtuzayev rəhbərlik etdiyi dövrü şəhərin tarixində ikinci qızıl dövr hesab etmək olar. Məhz bu illərdə şəhərin ümumittifaq və beynəlxaq aləmdə tanınmasında, o cümlədən şəhərin görkəminin yaxşılığa doğru dəyişməsində ciddi addımlar atılmışdır.

1988-cu noyabr 28-də bu vəzifəyə Aydın Quliyev seçilir. Əslən ağdamlı olan Aydın Quliyevin atası Manaf Quliyev uzun müddət rayonda bir sıra məsul vəzifələrdə çalışmışdı. Aydın Quliyevin rəhbərlik etdiyi dövr gərgin siyasi bir  vaxta düşür. Ağdam ZDS İK-nın (rayispolkom)  sədri vəzifəsindən 1983-cü ildə Gədəbəy RPK-nın birinci katibi vəzifəsinə irəli çəkilən A.Quliyevin beş ildən artıq bir dövrdə Gədəbəydə yadda qalan işlər həyata keçirdiyi deyilir. 1990-cı ilin yanvar 4-də o Ağdam RPK-nın birinci katibi vəzifəsini tərk etməli olur. Bundan sonra Ağdam RPK-nın birinci katibi, sonralar 1991-ci il sentyabrın 14-dən Sov.İKP-nın fəaliyyəti dayandırıldıqdan sonra eyni zamanda rayon sovetinin sədri  vəzifəsini Səyyaf  Verdiyev icra edir. Həmin dövrdə rayon sovetinin sədrinin müavini vəzifəsini isə Nofəl Mirzəliyev icra edirdi. 1991-ci ilin oktybarından rayon İcra hakimiyyətləri haqqında əsasnamə təsdiq edildikdən sonra, Səyyaf Verdiyev Ağdam Rayon İcra Hakimiyyətinin  başçısı vəzifəsinə təyin edilir. O, yeni  strukturda təyin edilən ilk icra başçısı olur. 1992-ci ilin fervralın 25-dən  həmin ilin iyul ayının 17 -ə kimi Gündüz Axundov,  1992-ci ilin iyul ayından  1993-cü ildə iyun ayının 15-ə kimi bu vəzifəni Nadir İsmayılov icra edəsi olur.
İyul-avqust aylarında isə müvəqqəti olaraq Qasım Kərimov da rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra etmişdi. Ancaq onun təyinatı ilə bağlı hər hansı sərəncam olmamışdır. 1993-cü ilin avqust ayının 1-dən Ağdam RİH başçısı vəzifəsi  Səyavuş Vəliməmmədova həvalə edilir. O da əslən Ağdamın Əhmədavar kəndində idi. S.Vəliməmmədov bu vəzifədə 1994-cü  ilin iyun ayının 22-ə kimi qala bilir. Sonra  bu vəzifə  müvəqqəti olaraq  1993-cü ilin oktyabrından başçının birinci müavini vəzifəsində işləyən Həsən Sarıyevə həvalə edilir. Əvvələcə səlahiyyətlətlərini icra edən Həsən Sarıyev 1995-ci ilin avqustun 15-dən bu vəzifəyə təyin edilir. On dörd il bu vəzifəni icra edən H.Sarıyev hələlik ən uzunömürlü icra başçısı sayılır.

2009-cu ilin sentyabrın birindən Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Nizami Sadıxov  təyin edilir. Sələfindən fərqli olaraq  N.Sadıqovun rəhbərliyi ilə qısa müddət ərzində Ağdamın  işğal altında olmayan ərazilərində bir sıra ciddi  layihələr həyata keçirilmişdir. Sultanbud təpəsində Bayraq meydanının salınması, kəndlərə qaz xəttlərinin çəkilməsi, xüsusən də Ağdam Dövlət Dram Teatrının və Şur ansamblının fəaliyyətinn uzun müddətdən sonra bərpa edilməsi  diqqəti çəkən addımlardandır...

Beləliklə, Ağdama 1930-cu ildən bu günədək rəhbərlik etmiş şəxslər barəsində müəyyən məlumatları diqqətinizə çatdırdıq. Ötən 83 il ərzində Ağdama 24 nəfər rəhbərlik edib. Göründüyü kimi, Qasım Kərimovun  ay yarımlıq  qeyri-rəsmi fəaliyyətini nəzərə almasaq, ən az-altı ay  müddətində Tapdıq Mustafayev və Gündüz Axundov, ən cox isə-14 il ərzində isə Həsən Sarıyev rəhbərlik edib.  Yerli ziyalılar ötən dövrdə ən yadda qalan  rəhbərlər sırasında isə Məmməd Əliyevin, Hümbət Mustafayevin, Nadir Abbasovun və Sadıq Murtuzayevin adlarını çəkirlər. Qeyd edək ki, hazırda fəaliyyətdə olan Ağdam RİH başçısının da fəaliyyəti gələcəkdə onun adının  da bu siyahıya düşəcəyindən xəbər verir...


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Kaliforniyadakı meşə yanğınlarında ölənlər 48 nəfərə çatdı
14.11.2018, 08:13

Kaliforniyadakı meşə yanğınlarında ölənlər 48 nəfərə çatdı

Daşkəsəndə dəhşətli YANĞIN - 4-ü uşaq olmaqla 5 nəfər öldü
14.11.2018, 08:11

Daşkəsəndə dəhşətli YANĞIN - 4-ü uşaq olmaqla 5 nəfər öldü

Bu gün Bakının bəzi rayonlarında qaz olmayacaq
14.11.2018, 08:09

Bu gün Bakının bəzi rayonlarında qaz olmayacaq

Manatın MƏZƏNNƏSİ dəyişmədi
14.11.2018, 07:57

Manatın MƏZƏNNƏSİ dəyişmədi

Türkiyədə bələdiyyə sədri vuruldu   
14.11.2018, 00:47

Türkiyədə bələdiyyə sədri vuruldu  

Avropada vahid ordu yaradılır
14.11.2018, 00:33

Avropada vahid ordu yaradılır

Solari "Real"ın baş məşqçisi oldu
14.11.2018, 00:15

Solari "Real"ın baş məşqçisi oldu

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO
14.11.2018, 00:01

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi
13.11.2018, 23:46

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi

Azərbaycan nefti bahalaşdı
13.11.2018, 23:29

Azərbaycan nefti bahalaşdı

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”
13.11.2018, 23:16

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü
13.11.2018, 23:02

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü

Qusarda sərxoş qəssab yıxılıb öldü
13.11.2018, 22:43

Qusarda sərxoş qəssab yıxılıb öldü

Yunanıstanda təyyarə qəzaya uğradı
13.11.2018, 22:30

Yunanıstanda təyyarə qəzaya uğradı

Türkiyə ordusu 19 terrorçunu məhv etdi
13.11.2018, 22:17

Türkiyə ordusu 19 terrorçunu məhv etdi

Şabranda yol qəzasında piyada öldü
13.11.2018, 22:04

Şabranda yol qəzasında piyada öldü

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO
13.11.2018, 21:50

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO

Ombudsman ölümlə təhdid edildi
13.11.2018, 21:33

Ombudsman ölümlə təhdid edildi

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR
13.11.2018, 21:19

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır
13.11.2018, 21:09

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir
13.11.2018, 20:55

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun
13.11.2018, 20:41

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı
13.11.2018, 20:27

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO
13.11.2018, 20:14

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN   
13.11.2018, 20:01

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN  

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır
13.11.2018, 19:40

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq
13.11.2018, 19:34

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi
13.11.2018, 19:24

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO
13.11.2018, 19:00

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü
13.11.2018, 18:58

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı
13.11.2018, 18:52

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi
13.11.2018, 18:41

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi
13.11.2018, 18:25

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı   
13.11.2018, 18:24

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı  

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”
13.11.2018, 18:22

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     
13.11.2018, 18:15

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI
13.11.2018, 18:12

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı
13.11.2018, 18:10

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı

Deputatdan banklara sərt İTTİHAMLAR
13.11.2018, 18:00

Deputatdan banklara sərt İTTİHAMLAR

Axşamın HAVASI: Külək əsəcək
13.11.2018, 17:58

Axşamın HAVASI: Külək əsəcək

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır
13.11.2018, 17:50

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  
13.11.2018, 17:49

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı
13.11.2018, 17:41

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  
13.11.2018, 17:39

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  

Tramp Makronu “Twitter”də “vurdu”
13.11.2018, 17:30

Tramp Makronu “Twitter”də “vurdu”

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi
13.11.2018, 17:22

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı
13.11.2018, 17:20

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
13.11.2018, 17:18

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək
13.11.2018, 17:15

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”
13.11.2018, 17:14

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”

ARXİV