23 mart 2019, Şənbə
Ana Səhifə - REPORTAJ - Azərbaycanda “Balaca İsrail”...
Azərbaycanda “Balaca İsrail”...
13.10.2009, 12:11

Qızmızı qəsəbə dini icmasının rəhbəri Boris Simanduyev: “Ermənilər yəhudilərə qarşı da soyqırım törədiblər”

Bu günlərdə yolumuz Quba rayonundakı məşhur Qırmızı qəsəbədən düşmüşdü. Fürsətdən istifadə edib əsas əhalisi Dağ yəhudilər olan kəndin sakinlərilə söhbətləşib, onların dolanışığı adət-ənənələri ilə maraqlandıq. Amma öncə bu yaşayış məntəqsinin tarixini xatırladaq. 

Əhalinin bir hissəsi tarixi vətənlərinə köçüb

Qubada Qudyalçayın kənarında yerləşən Qırmızı qəsəbəni təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından uzaqlarda da yaxşı tanıyırlar. Əhalisinin 99 faizi yəhudilər olan bu qəsəbəyə Azərbaycanda “Balaca İsrail” də deyirlər. Azərbaycanda yəhudi məskunlaşmalarının tarixi 2,5 min il əvvələ gedib çıxır.  Qırmızı qəsəbədə dağ yəhudiləri 280 ildir ki yaşayır.
XVIII əsrin ortalarında Fətəli xanın dövründə Quba xanlığı surətlə inkişaf edirdi. Bu xanlıq Dərbənddən başlamış Lənkərana qədər bütün şimal-şərq Azərbaycanı öz təsirinə tabe etmişdi. Məhz həmin dövrdə Quba xanları bu xanlığın paytaxtının yaxınlığında vaxtilə İsrail ərazisindən İraqa, sonra İrana, oradan isə Azərbaycana köç etmiş yəhudilərə torpaq ayıraraq onların təhlükəsizliyinə zəmanət veriblər. O vaxtdan Qudyalçayın hər iki sahilində yerləşmiş Quba şəhərinin müsəlmanlar yaşayan hissəsi çayın daha yüksək sağ sahilində, yəhudilər isə çayın sol sahilində məskunlaşıblar.  Böyük oktyabr sosialist inqilabına qədər Yəhudi qəsəbəsi adlanan bu yaşayış məntəqəsi 1926-cı ildən Qırmızı qəsəbə adlanır.   
Bu regionda dağ yəhudilərinin maksimal sayı 1938-39-cu illərdə 15-18 min arasında olub. II Dünya müharibəsindən sonra da onların sayı xeyli artıb.
Amma Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Qırmızı qəsəbənin minlərlə yəhidi sakini birdəfəlik olaraq İsrailə-öz qohumlarının yanına, eyni zamanda ABŞ-a və Avropaya köçüb gediblər.
İndi dağ yəhudilərilə yanaşı, bu yaşayış məntəqəsində az sayda azərbaycanlılar və ləzgilər də yaşayır. Ümumilikdə qəsəbənin 4 minəyaxın sakini var. Bu kənddəki orta məktəbdə bir neçə dil tədris olunur-Azərbaycan, rus, ivrit, tat və ləzgi dilləri.
Qəsəbə balaca olsa da, evlərin təm-tərağı, bahalı maşınları, təmizliyi və özünəməxsus qayda-qanunuyla seçilir.
Yerli əhali qəsəbənin varlı görünüşünü sakinlərin xarici ölkələrdəki uğurlu biznesi və buranı da unutmamasıyla bağlayırlar.

S ovet ideologiyası onlara təsir edə bilməyib
               
Deyilənə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra İsraildən Qırmızı qəsəbədə yaşayan yəhudilərə kömək edilir. Bunu qəsəbə sakinləri də bizimlə söhbətdə danmadılar.
Qəsəbədə yaşayan yəhudilər sovet ideologiyasının təsirlərinə baxmayaraq öz adət-ənənələrin yaxşı qoruyub saxlayıblar. Bu il sentyabrın 19-da onlar yeni ilin gəlişini - Roşha-Şana bayramını qeyd ediblər. Həmin tarix yəhudi təqvimi ilə 5770-ci ilin ilk günü sayılır. Bayramın ilk günündə yerli əhali sinaqoqa gedir, yeni ilin uğurlu olmasını arzulayır, ibadət edirlər.

Niyə ”Malenkiy İzrail”?

Qəsəbənin dini icmasının sədri Boris Simanduyev Modern.az-ın əməkdaşı ilə söhbətdə bu yaşayış məntəqəsinə  “Balaca İsrail” (və ya “Malenkiy İzrail”) deyilməsini belə izah edib: “Qəsəbəmizdə əhalinin mütləq əksəriyyəti yəhudilərdir. Yəqin buna görə bizim qəsəbəyə belə ad veriblər...”
Boris Simanduyevin sözlərinə görə, SSRİ dağılandan sonra qəsəbədən coxlu ailə dünyanın ayrı-ayrı ölkələrinə köçüb gedib: “1993-cü ildən sonra isə köç dayandı. Onu deyə bilərəm ki, dağ yəhudiləri Moskvada burdakından daha çoxdular”.
Boris Simanduyevə belə bir sual da ünvanladıq:
-Bəzən belə fikir səsləndirilir ki, yəhudilər İsrailə başqa məqsədlər üçün gedirlər. Bunu bilməmiş olmazsınız?
-Əksəriyyət çörək qazanmaqdan ötrü, dolanışıq ardınca başqa yerlərə üz tutur. İsrailə gedənlər də pul qazanmaq üçün buranı tərk edənlərdir.
- Deyirlər ki, hər ay İsraildən qəsəbədə yaşayan yəhudilərə adambaşına müəyyən məbləğdə pul göndərilir?
- Bu tam yalandır. Ola bilər ki, hansısa ailənin İsraildə olan nümayəndəsi ailə üzvlərinə pul göndərir. Burada qeyri-adi  nə var ki?

“Türklərlə yanaşı, yəhudilər də erməni vəhşiliyinin qurbanı olub”

Boris Simanduyevin sözlərinə görə, Qubada türklərlə yanaşı yəhudilər də ermənilər tərəfindən qətliama məruz qalıb: “Hesab edirik ki, Qubada ermənilərin vəhşiliyi ilə törədilən soyqırımda yəhudilər də qırılıb.  Bizdə dəqiq məlumatlar var ki, 1918-ci ildə  ticarət məqsədilə Xaçmazdan Qubaya neft gətirən yəhudilər ermənilərin quldur dəstəsi tərəfindən bütünlüklə qətlə yetiriblər. Kütləvi məzarlıqda yəhudilərin də sümükləri var”.

“Başqa millətlərdən qız almırıq”

Qeyd etdiyimiz kimi, Qırmızı qəsəbədə yaşayan yəhudilər dədə-baba adət-ənənələrin yaxşı qoruyub saxlayıblar. Qəsəbənin dini icmasının sədri Boris Simanduyev deyir ki, Dağ yəhudiləri digər millətlərdən olan adamlarla qaynayıb qarışsalar da, çalışırlar ki, milli kökdən gələn adətləri qorusunlar: “Biz qubalıların toy və yas mərasimlərinə gedib-gəlirik. Başqa millətlərə qız veririk, ancaq qız almırıq. Ona görə ki, bizdə əsas xətt ana xəttidir”.




 

 

 

 

 

 



Yusif  


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü
23.03.2019, 00:12

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı
22.03.2019, 23:57

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO
22.03.2019, 23:41

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı
22.03.2019, 23:23

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq
22.03.2019, 23:11

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq

Xınalıq yolunda hərəkət bərpa olundu
22.03.2019, 22:54

Xınalıq yolunda hərəkət bərpa olundu

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı
22.03.2019, 22:35

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi
22.03.2019, 22:19

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi

Fransada etirazçılar güllələnə bilər
22.03.2019, 22:01

Fransada etirazçılar güllələnə bilər

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü
22.03.2019, 21:44

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü

Ayfon istifadəçiləri üçün yenilik
22.03.2019, 21:26

Ayfon istifadəçiləri üçün yenilik

Turistləri daşıyan avtobus yandı
22.03.2019, 21:11

Turistləri daşıyan avtobus yandı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
22.03.2019, 20:53

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR
22.03.2019, 20:46

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO
22.03.2019, 20:38

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ
22.03.2019, 20:28

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu
22.03.2019, 20:16

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu    
22.03.2019, 20:15

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu  

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI
22.03.2019, 20:00

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI

İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı
22.03.2019, 15:00

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

I qrup əlillərə Prezident təqaüdü veriləcək
22.03.2019, 13:19

I qrup əlillərə Prezident təqaüdü veriləcək

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22.03.2019, 13:16

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22.03.2019, 12:59

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22.03.2019, 12:54

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22.03.2019, 12:16

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib
22.03.2019, 12:13

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...
22.03.2019, 12:03

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22.03.2019, 11:34

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22.03.2019, 11:11

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019, 10:54

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı
22.03.2019, 10:16

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   
22.03.2019, 10:16

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü
22.03.2019, 10:07

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi
22.03.2019, 10:03

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR
22.03.2019, 09:44

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR

Qarabağ cəbhəsində şiddətli atışma oldu
22.03.2019, 09:41

Qarabağ cəbhəsində şiddətli atışma oldu

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 01:53

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

ARXİV