Arxiv
1 Yanvar 2019, 13:30 | MÜSAHİBƏ
Abid Şərifov: “Hansı dövlətdə 23 il eyni vəzifədə işləmək olar?!” - MÜSAHİBƏ

Bircə Allahdan savayı heç vaxt heç nədən qorxmamışam


Bu gün Baş nazirin sabiq müavini Abid Şərifovun doğum günüdür, 79 yaşı tamam olur. Abid Şərifov 1940-cı ilin 6 yanvarında Şəkidə anadan olub. 1995-ci ildən 2018-ci ilin 21 aprelinə kimi Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.

 

Modern.az saytının əməkdaşı Abid Şərifovdan doğum günündə qısa müsahibə alıb.

 

- Abid müəllim, necəsiz?

 

- Şükürlər olsun ki, hər şey yaxşıdır. Səhhətim də qaydasındadır. Zənginizə görə xüsusi təşəkkür edirəm. Bu arada sizin Yeni ilinizi də təbrik edirəm. Xoşbəxtlik arzu edirəm.

 

- Qarşılıqlıdır, çox sağ olun! Bu gün sizin doğum gününüzdü. 79 yaşınız tamam olur. Necə qarşılayırsız növbəti doğum gününüzü?

 

- Sadə. Dəbdəbəli doğum günləri keçirtməyi sevmirəm. İstisna hal yalnız 60 yaşda olub.

 

- Bir çox həmyaşıdlarınız yaş üstünə yaş gələndə qorxur. Siz də eyni halı yaşayırsız?

 

- Qətiyyən... Bircə Allahdan savayı heç vaxt heç nədən qorxmamışam. Bu da bir həyatdır.

 

- Vəzifədə olanda təbriklər də fərqli olur. İndi necə, təbrik edənlər varmı? Xüsusən də köhnə dostlarınızdan?

 

- Hər zaman xalqıma xidmət etmişəm. Ömrüm boyu da xidmət etməyə hazıram. Hər bir insan xalqına, torpağına bağlı olmalı və xidmət etməlidir. Bu, hamımızn borcudur. Qaldı ki, təbrik edənlərə, təbrik etmək istəyənlər zəng edir.

 

- Bir daha nəyə görə doğum günü keçirtməməyinizlə bağlı soruşmaq istərdim. Ola bilərmi ki, bu istəyin olmaması illərlə çalışdığınız işinizdən irəli gəlsin?

 

- Bunun gərgin işlərlə əlaqəsi yoxdur. Əvvəldən xasiyyətim belədir. Düşünürəm ki, sadəlik daha yaxşıdır.  Heç vaxt “bu gün bunu qeyd edim, sabah başqa bir günü qeyd edim” kimi hallarım olmayıb.  O yolun sahibi deyiləm.

 

- 1995-ci ildən 2018-ci ilə kimi baş nazirin müavini vəzifəsində çalışmısız. O illərin xiffətini çəkirsizmi?

 

- Qızım, hansı hökumətdə, hansı dövlətdə 23 il eyni vəzifəni icra etmək olar?! Hansı tarixdə bunu oxumusuz?! 79 yaşımda təqaüdə çıxmışam. 23 il sizə kiçik görünməsin. Ona görə də hər zaman prezidentimə minnətdar olmuşam və indi də minnətdaram. Eyni zamanda, ulu öndərimizin də ruhu şad olsun. Ömrüm boyu ulu öndərimizə borcluyam. Yaşımdan asılı olmayaraq cənab prezidentimin, xalqımın əsgəriyəm. Həmçinin, ailəm də, övladlarım da dövlətçilik yolunda hər şeyə hazırdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50