Modern.az

Əfvlə bağlı 400-dən çox müraciətə baxılıb - YENİLƏNİB

Əfvlə bağlı 400-dən çox müraciətə baxılıb - YENİLƏNİB

Aktual

14 May 2022, 13:30

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda komissiyaya daxil olan 100-ə yaxın müraciətə baxılıb. Bununla da Əfv Məsələləri Komissiyasında baxılan müraciətlərindən sayı 400-ü keçib.

 

Qeyd edək ki, 28 May Müstəqillik günü münasibəti ilə Azərbaycanda əfv sərəncamının imzalanması gözlənilir. 

 

Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi