Modern.az

Ukraynanın NATO-ya daxil edəcəyini gözləmirəm - Kissincer

Ukraynanın NATO-ya daxil edəcəyini gözləmirəm - Kissincer

1 Oktyabr 2022, 08:58

Vaşinqtonun Ukraynanı NATO-ya daxil edəcəyi ağlabatan deyil.


Modern.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyir.


Sentyabrın 30-da Ukrayna prezidenti Vladimir Zelenski qondarma “DXR”, “LPR2, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsilə bağlı sazişlərin imzalanmasından sonra Kiyevin NATO-ya sürətli şəkildə daxil olmaq üçün müraciət etdiyini bildirib.


Henri Kissincer isə Xarici Əlaqələr Şurasının virtual tədbiri zamanı deyib: “Mən hesab edirəm ki, Ukraynanı NATO-ya daxil etməyə çalışmaq Amerikanın müdrik siyasətinə daxil deyil”.


Ukrayna Ali Radası 2014-cü ilin dekabrında iki qanuna dəyişiklik edərək, dövlətin bloksuz statusundan imtina edib.


Rəsmi Vaşinqtonun nümayəndələri dəfələrlə bəyan ediblər ki, hazırkı mərhələdə Ukraynanın NATO-ya daxil olması ehtimalı nəzərdən keçirilmir. Eyni zamanda, ABŞ alyansın heç vaxt “açıq qapı” siyasətindən əl çəkməyəcəyini vurğulayaraq, Kiyevin gələcəkdə təşkilata üzv olmağa cəhd edə biləcəyini istisna etməyib.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi