Modern.az

Ağır yaralanan qazimiz Türkiyəyə göndərildi

Ağır yaralanan qazimiz Türkiyəyə göndərildi

Aktual

12 Oktyabr 2022, 10:44

Ağır yaralanan qazilərimizdən biri Yaqubov Rauf Qabil oğlu müalicə məqsədilə Türkiyə Respublikasına göndərilib.

 

Bu barədə Modern.az-a “YAŞAT” Fondundan məlumat verilib.

 

Qeyd olunub ki, qazilərimizin müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən ödənilir.

 

Bildirilib ki, “YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

 

Xatırladaq ki, bu günə qədər 176 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 154-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi