Modern.az

Ermənistanda saxlanılan Hüseynin yeni FOTOSU

Ermənistanda saxlanılan Hüseynin yeni FOTOSU

Aktual

10 İyun 2023, 09:21

Ermənistan məhkəməsi Azərbaycan əsgəri Hüseyn Axundovun həbs müddətini 3 ay uzadıb.

 

Modern.az xəbər verir ki, “Sputnik Armenia” Ermənistanda əsir saxlanılan əsgərimizin məhkəmə zalına gətirilmə görüntülərini yayıb.

 

Həmin fotonu təqdim edirik:

 

 

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub.

 

Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bu yaxınlarda keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub