Modern.az

Ermənilərin şirkəti Bakıda necə fəaliyyət göstərir...

Ermənilərin şirkəti Bakıda necə fəaliyyət göstərir...

10 İyun 2023, 16:52

Ötən il Bakıda fəaliyyətə başlayan "Yango" taksi xidməti "Yandex.Taxi” şirkətinin törəməsidir. Qəribə səslənsə də, Bakıda milyonlar qazanan “Yandex.Taxi” şirkətinin rəhbəri Tiqran Xudaverdyan adlı etnik ermənidir.

 

Modern.az mətbuatda yayılan məlumatlara istinadən bildirir ki, sözügedən şirkətin rəhbərliyi məhz ermənilədən ibarətdir. Şirkət daha əvvəl Azərbaycanda fəaliyyət göstərmək üçün cəhdlər edib, lakin istəyinə nail ola bilməyib. Uzun cəhdlərdən sonra "Yango" 2022-ci ildə Azərbaycan bazarına daxil ola bilib.

 

Müşahidələr göstərir ki, "Yango"nun Azərbaycanda fəaliyyəti qeyri-müəyyəndir və xidmətin birbaşa Rusiyadakı ofisdən idarə olunması şübhə doğurmur. Ümumilikdə "Yandex"in özündə çoxlu sayda erməni əsilli Rusiya vətəndaşı aparıcı vəzifələri tutur.

 

Şirkətin əsas rəhbəri olan Tiqran Xudaverdiyan Ukrayna müharibəsinə görə "qara siyahı"ya salınıb. Onun idarəçiliyində olan şirkətin təsis etdiyi “Yandex.Taxi” və ya “Yandex Go” Rusiyada, eləcə də bir sıra ölkələrdə “Yango” (Yandex Go adından) adı ilə fəaliyyət göstərir.

 

Onu da bildirək ki, “Yandex.Taxi” və “Uber” 13 iyul 2017-ci il tarixində Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan və Rusiyada taksi fəaliyyətlərini birləşdirmək üçün müqavilə imzalayıblar. Birləşmə qərarından sonra “Yandex” 100 milyon dollar, “Uber” isə 225 milyon dollar sərmayə qoyub və bu ortaqlıq nəticəsində ümumi dəyəri 3,8 milyard dollar olan yeni şirkət qurulub. Yeni şirkətdəki ortaqlıq payları; Yandex 59,3%; Uber% 36,6, qalan 4.1% işçilərə məxsusdur.

 

Qeyd edək ki, birgə təsis edilən şirkət məhz Tiqran Xudaverdyan tərəfindən idarə olunur. 22 may 2019-cu il tarixində Tiqran Xudaverdyan MLU BV-nin yeni icraçı vitse-prezidenti vəzifəsinə Daniil Şuleykonun təyin olunduğunu elan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü