Modern.az

“Feminist sülh kollektivi” pltformasının sirləri

“Feminist sülh kollektivi” pltformasının sirləri

Aktual

15 Avqust 2023, 11:42

Feministlərin gender məsələlərindən sülh quruculuğuna belə sürətli sıçrayışının gerçək səbəbi yeni, perespektivli, gəlirli qrant layihəsidir.

 

“Feminist Sülh Kollektivi” platforması adından “Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq” başlığı ilə yayılan bəyanat Azərbaycan ictimaiyyətində haqlı olaraq ciddi emosional etiraz doğurdu. Azərbaycan cəmiyyətini bir sıra azərbaycanlı feminist fəalların separatçı təşəbbüsləri müdafiə etmək, ölkəmizin haqlı mövqeyini uydurma arqumentlərə şübhə altına salmaq, son 30 il ərzində ermənilərin xalqımıza qarşı törətdiyi insanlıq əlyehinə cinayətləri gözəl ibarələrlə gizlətmək səyləri hiddətləndirdi. Qarabağ münaqişəsinin tarixçəsinə az da olsa bələd olan istənilən şəxsdə feministlərin sərgilədiyi bu cür nihilist yanaşma məhz belə reaksiya doğurmaya bilməz.

 

Bu analizdə emosional çalarlar və yanaşmadan fərqli olaraq “Feminist Sülh Kollektivi”nin yanaşması, bəyanatlarının nə dərəcədə obyektiv olması, sülhquruculuğu, yaxud digər məqsədlərə xidmət etməsi təhlil edilib.

 

“Feminist Sülh Kollektivi” platforması hansı məsələləri qeyd etmək istəmir?

 

Bir qrup azərbaycanlı feminist fəallın Qarabağda yaşayan ermənilərin Azərbaycan Respublikasının yursdiksiyası altında yaşamaları perespektivi, onların Ermənistanla əlaqələri, Azərbaycan cəmiyyətinə inteqrasiyası və s. məsələlərlə əlaqədar keçmişdə baş verənləri obyektiv dəyərləndirmədən həll yolu təklif etməsi mümkün deyil. Bu azərbaycanlı feministlər elə mövqedən çıxış edirlər ki, sanki, Azərbaycan torpaqları 27 il ərzində Ermənistan tərəfinin işğalı altında qalmayıb. Dağlıq Qarabağ bölgəsi işğal edilməyib və bu ərazidə heç bir ölkə tərəfindən tanınmayan separatçı rejim yaradılmayıb. Hətta, 2015-ci il iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə (“Çıraqov və başqaları Ermənistana qarşı”) açıqladığı qərarında Dağlıq Qarabağ bölgəsinin işğalında Ermənistanın rolunu, iştirakını qeyd edib.

 

Bu günümüzə qədər sülh quruculuğuna konseptual yanaşmalarda əhəmiyyətli dəyişikliklər baş versə də, əsas prinsiplər və mahiyyəti təşkil edən formullar dəyişməyib: “Münaqişə tərəfləri arasında barışığı təşviq etməklə və onun əsas səbəblərini aradan qaldırmaqla davamlı sülhün (pozitiv sülh) əldə olunması”.

 

Davamlı olaraq “sülh təşəbbüsləri” ilə çıxış edən “Feminist Sülh Kollektivi” platformasında bir araya gələn azərbaycanlı feministlər, sülh çağırışlarına imza atan ictimai fəallar isə artıq keçmişdə qalan Qarabağ münaqişəsinin məhz Ermənistanın və Qarabağda məskunlaşan ermənilərin Azərbaycan Respublikasına ərazi iddilarından qaynaqlandığı, bunun hətta Ermənistan Konstitusiyasında əks olunduğunu qeyd etməyi unudurlar.

 

BMT və bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü qeyd şərtsiz tanıdığı halda Ermənistanın və Qarabağ regionunda məskunlaşan ermənilərin bu məsələdə xüsusi şərtlərlə çıxış etdiyini, bunun isə beynəlxalq hüquqa, mövcud praktikaya tamamilə zidd olduğunu bəyan etməyi yaddan çıxarırlar.

 

Dinc birgəyaşayışın əsası kimi ilk növbədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün Qarabağ erməniləri tərəfindən tanınmasının əsas müəyyənedici, təməl şərt olduğunu vurğulamırlar. Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış ermənilər, ümumiyyətlə Azərbaycanın tərkibində digər etnik azlıqlar kimi yaşamaq perespektivini müzakirə etməkdən imtina edirlər və bu vacib, əhəmiyyətli, konseptual məsələ azərbaycanlı feministlər tərəfindən müzakirəyə çıxarılmır.

 

Sülüh çağırışları edən azərbaycanlı feministlər bütün keçmişdə törətdikləri cinayətlərə rəğmən Azərbaycanın Qarabağda məskunlaşmış ermənilərə qeyd-şərtsiz vətəndaşlıq təklif etdiyini və bunun müharibədə qalib gəlmiş ölkə tərəfindən isrəli sürlüməsini sülh üçün böyük güzəşt və imkan olduğunu demirlər.

 

“Feminist Sülh Kollektivi” platformasında bir araya gələn azərbaycanlı feministlər Qarabağ ermənilərinin irəli sürdüyü şərtlərin BMT-nin 193 üzv ölkəsinin heç birində olmadığını qeyd etmirlər. BMT üzvü heç bir ölkədə onun beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində məskunlaşmış etnik azlıqların elektrik enerjisi, təbii qaz təminatı və s. xarici ölkə tərəfindən təmin olunmur. Bu etnik azlıqlar başqa ölkənin, dünyada heç kimin tanımadığı separatçı rejimin verdiyi pasportları daşımır, xarici ölkənin pul vahidi tədavüldə deyil, xarici ölkənin büdcəsi hesabına maliyyələşmir və s. Bir nümunə belə yoxdur.

 

“Feminist Sülh Kollektivi” sülh quruculuğunun əsas, başlıca prinsipini tərksilah və qanunsuz silahlı birləşmələrin buraxılması, tərksilah edilməsi məsələsini gündəliyə gətirmir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisində on minə yaxın silahlının olduğunu qeyri-qanuni silahlı birləşmənin qalmasının yolverilməz olduğunu, bunun sülh üçün ən böyük əngəl olduğunu diqqət mərkəzinə gətirmirlər.

 

“Feminist Sülh Kollektivi” Ermənistandan, Qarabağdan və işğal olunmuş Azərbaycan ərazilərindən qaçqın və məcburi köçkün düşən bir milyondan çox azərbacanlının yarıdan çoxunun qadın olduğunu və onların təməl hüquqlarının pozulduğunu və bunun da əsas səbəbinin erməni təcavüzü olduğunu bəyan etməkdən çəkinirlər.

 

“Feminist Sülh Kollektivi” ermənilərin mina terror və onun sadə insanlar, o cümlədən qadınlar üçün böyük təhlükəsini, ekoloji cinayətlərini qeyd etmir.

 

“Sülpərvər” azərbaycanlı feministlər hətta Aİ Şurası prezidentinin, ABŞ Dövlət Departamentinin bəyanatlarında “Artsax”, “artsax xalqı” ifadəsinin işlədilmədiyini, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin təminatı üçün Ağdam-Xankəndi yolunu təqdim etdiyini görməzdən gəlirlər.

 

“Feminist Sülh Kollektivi” platforması niyə yaradılıb?

 

Platforma 2020-ci ildə 44 Günlük Vətən Müharibəsi dövründə Lalə Darçınova, Səadət Abdullazadə və Sevinc Səmədzadə tərəfindən yaradılıb. Daha çox xarici qrantlar, donorların dəstəyi, beynəlxalq təşkilatlar üçün aktual olan, maraq göstərdikləri, gender problematikası, feminizm, LGBT+ məsələləri ilə bağlı layihələrdə işləyiblər, karyera qurublar. Donorları cəlb edəcək, Azərbaycan reallığı üçün cəsarətli sayılacaq müxtəlif ideyalar düşünüblər, layihələr ediblər və buna görə qrant alıblar, adını da qoyublar feminist aktivliyin təşviqi, dünyagörüşünün formalaşdırılması və s.

 

Sevinc Səmədzadə son illərdə Y-Peer Azərbaycan: Pozitiv Dəyişiklik üçün Gənclərin Gücləndirilməsi şəbəkəsinin Azərbaycan üzrə koordinatoru olub. Şəbəkə 2015-2021-ci ilərdə aktiv fəaliyyət göstərib. Avropa Demokratiyaya Yardım Fondu (EED) tərəfindən maliyyələşdiririlib. Y-Peer Azərbaycan ABŞ səfirliyinin dəstəyi ilə sonuncu dəfə 2019-cu ildə “FilmAkt Qısa film festivalı” layihəsini həyata keçirib. S.Səmədzadə 2021-ci ildə Səadət Abdullazadə ilə birlikdə “Menstruasiya kitabı” hazırlayıb. 2021-ci ildə “99% üçün feminizm manifest” kitabının Azərbaycan dilinə tərcümə edən iki nəfərdən biri olub. Səadət Abdullazadə Y-PEER Azərbaycanda könüllü kimi çalışıb. S.Səmədzadə ilə birlikdə layihələrdə çalışıb. Lalə Darçınova Mərkəzi Avropa Universitetinin Hüquqşünaslıq fakültəsinin məzunudur. Qeyd edək ki, Univesitet 1991-ci ildə Corc Sorosun maliyyə dəstəyi ilə yaradılıb. O, hazırda Imagine Dialoq və Münaqişələrin Transformasiyası Mərkəzi ilə işləyir. Açıq Cəmiyyət Fondunun 2020-ci il üzrə Vətəndaş Cəmiyyəti Liderliyi Mükafatını alıb. 2017-2018-ci illərdə layihələrdə gender hüquqları üzrə təlimçi kimi iştirak edib. Feminist, LGBT+ icmasının hüquqlarını müdafiə edən vəkil kimi çıxış edir.

 

İndiyə qədərki təcrübələrinin təhlili deməyə əsas verir ki, hər üç xanım “sülhyaratma, sülh təşəbbüsləri, qadınların sülh yaradıcılığında iştirakı, icmaların sülh yaradıcılığında iştirakı” kimi beynəlxalq donorlar üçün aktual olan məsələlərdə təşəbbüskar olmaqla yeni qrant vəsaitləri cəlb etməyə çalışırlar. Hər üç şəxs 2019-cu ilə qədər Azaərbaycanda həyata keçirilən iri qrant layihələrindən bəhrələniblər, bu layihələrlə karyera qurublar. Bu layihələr bitib və hazırda Azərbaycanda onların rol ala biləcəyi, maliyyə əldə edəcəkləri böyük layihələr yoxdur və məhz bu səbəbdən yeni, beynəlxalq donorlar üçün aktual mövzularda təşəbbüslərə başlayıblar.

 

Son üç ilə qədər əsasən gender, feminizm movzularına fokuslanmışdılar. İndi isə gender, feminizm movzularını daha aktual və gəlirli sülh yaradıcılığı kontetesktində gündəliyə gətirməyə çalışırlar. Bu cür təşəbbüslər həm maliyyə təmin edir, həmçinin ölkədən kənara çıxmaq imkanı yaradır. Reallıqda sepratçı mövqedən çıxış edən erməniləri müdafiənin gerçək səbəbi budur.

 

“Sülhpərvər” feministlər niyə həqiqəti deyə bilmirlər?

 

Sevinc Səmədzadənin məqalə və analizlərində bir dəfə olsun Ermənistanın təcavüzü faktı çılpaqlığı ilə qeyd olunmur. Bir dəfə də olsun azərbaycanlıların üzləşdiyi dəhşətli cinayətlərdən söz açılmır. Həmçinin, feminist diskurs, gündəlik, reallıq yaratdıqlarını deyən Səadət Abdullazadə, Lalə Darçınova münaqişənin yüzminlərlə azərbaycanlı qadın qurbanının hüquqlarını pozulmasının gerçək və başlıca səbəbinin erməni təcüvüzü olduğunu müzakirə etmirlər, bəyan etmirlər.

 

Bütün bu qeyd olunanların başlıca bir səbəbi var, donorlar bu yanaşmanı qəbul etmirlər, donorlar bu cür obyektiv mövqedən çıxış edənlərə qrant vermirlər. Qrant və maliyyə almaq üçün beynəlxalq təşkilatlar və donorların gündəliyi irəi sürülməlidir. “Feminist Sülh Kollektivi” platformasının yaradılması da məhz yeni, perespektivli, gəlirli qrant layihəsidir. Ona görə mensturasiya məsələlərindən sülh quruculuğuna belə sürətli sıçrayış baş verib. “Artsaxa dəstək”, - deməklə də donorların etibar və etimadını tam şəkildə təmin edilir və artıq orta perespektivdə maliyyə dayanıqlığını tamamilə təmin edilir. Artıq sən onlardan biri olursan, özününküləşirsən, vətən isə özgələşir...

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər