Modern.az

Azərbaycanda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda doğulan uşaqların sayı açıqlandı

Aktual

Bu gün, 11:56

2025-ci ildə Azərbaycanda 96 min 62 doğum qeydə alınıb.

Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Mənim səsim-mənim hüquqlarım” mövzusunda konfransda bildirib.

Komitə sədrinin sözlərinə görə, uşaqların sağlamlığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

“Uşaqlar icbari tibbi müayinələrə cəlb olunub, 392 min 222 əlavə müayinə və müalicə göndərişi verilib. Bundan əlavə, ölkə üzrə 1234 məktəbdə sağlam həyat tərzi və reproduktiv sağlamlıq mövzularında maarifləndirmə tədbirləri təşkil edilib”, - deyə B.Muradova qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV