Modern.az

Mehdiabadda qaz olmayacaq

Mehdiabadda qaz olmayacaq

Aktual

4 Oktyabr 2023, 07:55

Bu gün “Mehdiabad” ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

 

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Digah-Novxanı” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar 4 oktyabr tarixində saat 10:00-dan işlər başa çatanadək “Mehdiabad” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Təmir işləri görülən müddətdə Abşeron rayonunun Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi