Modern.az

Aşqabadda Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyanın iclası keçirilib

Aşqabadda Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyanın iclası keçirilib

28 Noyabr 2023, 14:00

Aşqabadda Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib.

 

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

 

"Ölkələrimizin iqtisadi müstəvidə ortaq maraqlarına xidmət edən təşəbbüslər, həmçinin sənaye, ticarət, KOB, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük", nazir qeyd edib.

 

Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistanda rəsmi səfərdədir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi