Modern.az

Qaxda yanğın - 18 yeşik arı ailəsi məhv oldu

Qaxda yanğın - 18 yeşik arı ailəsi məhv oldu

15 İyun 2024, 16:18

Qax rayonunun Tasmalı kəndi ərazisində 18 yeşik arı ailəsi yanaraq məhv olub, təsərrüfat sahibinə ziyan dəyib.

 

Modern.az-ın məlumatına görə, qəfildən baş verən yanğın yerinə yanğınsöndürən texnikalar cəlb olunub.

 

Tasmalı kənd sakini 1952-ci il təvəllüdlü Təmrazov Fərrux Şirin oğluna məxsus traktorun qoşqusuna yığılmış 18 yeşik arı ailələri və qoşqunun özü yanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?