Modern.az

Meşədə narkotik yetişdirən şəxs saxlanıldı

Meşədə narkotik yetişdirən şəxs saxlanıldı

Aktual

11 İyul 2024, 09:04

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 38 yaşlı Anar Əhmədov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, onun Haftoni Meşəbəyliyinin ərazisində xüsusi qulluq göstərərək yetişdirdiyi külli miqdarda 320 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

 

A.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Putinin üzünə bunları dedi - Rədd cavabı onu şok etdi