Modern.az

Zahid Oruc seçki dairəsini DƏYİŞDİ

Zahid Oruc seçki dairəsini DƏYİŞDİ

16 İyul 2024, 14:00

Milli Məclisin bitərəf deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 

Modern.az-ın məlumatına görə, o, 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizəd olacaq.

 

"Tariximizdə ilk dəfə, deputatlığa namizədlərin seçki proqramlarında “Ümumilli problem”, “Qarabağ münaqişəsi”, “Qaçqın və məcburi köçkünlər” adlanan bəndlər yer almayacaq”,- deyə Zahid Oruc bildirib.

 

Qeyd edək ki, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc 2020-ci ildə keçirilən parlament seçkilərində 94 saylı Bərdə kənd seçki dairəsindən deputat seçilib. O, seçkidə 69.4 faiz səs toplamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər