Modern.az

MDB PA müşahidəçilər qrupunun koordinatoru təyin edildi

MDB PA müşahidəçilər qrupunun koordinatoru təyin edildi

Aktual

17 İyul 2024, 14:48

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun koordinatoru təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

 

MDB Parlamentlərarası Assambleyası Şurasının sədri, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun sərəncamı ilə Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin beynəlxalq müşahidəçilər qrupunun koordinatoru təyin edilib.


Hazırda MDB PA-ya üzv dövlətlərin parlamentlərinin nümayəndələrindən, Assambleyanın rəsmilərindən və MDB PA Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən müşahidəçilər qrupu formalaşdırılır.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu