Modern.az

“Windows”dakı nasazlıq ADY-nin fəaliyyətinə təsir göstərməyib

“Windows”dakı nasazlıq ADY-nin fəaliyyətinə təsir göstərməyib

19 İyul 2024, 15:14

“Windows 10” əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) fəaliyyətinə təsir göstərməyib.

 

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

 

“Bizim fəaliyyətdə heç bir hal yaşanmayıb”, – ADY-dan deyilib.

 

Qeyd edək ki, “Windows” əməliyyat sisteminin kütləvi nasazlığı qlobal səviyyədə bank, aviaşirkət, media və digər sektorlardakı şirkətlərin fəaliyyətinə mane olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!