Modern.az

Bakı-Şamaxı-Yevlax avtomobil yolu təmirə bağlanır

Bakı-Şamaxı-Yevlax avtomobil yolu təmirə bağlanır

Aktual

25 İyul 2024, 16:26

26 iyul saat 09:00-dan 30 iyul saat 00:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-26  km-lik  hissəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

 

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - agentliyin məlumatında qeyd olunub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri