Modern.az

Ermənilər təşviş içində Xankəndini tərk edir

 Ermənilər təşviş içində Xankəndini tərk edir

Aktual

5 Aprel 2016, 00:33


 

Son günlər Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi təxribatlara Azərbaycan ordusunun cavab zərbələri sarsıdıcı olub. Modern.az saytı xəbər verir ki, Azərbaycan ordusunun qısa müddətdə apardığı döyüş əməliyyatları işğal olunmuş torpaqlarımızda yaşayan erməniləri vahiməyə salıb.

Ağdərə və Kəlbəcərdən sonra ermənilər təşviş içərisində digər yaşayış məntəqələrini də tərk edir. Azərbaycanın Müdafiə Nazirliyinin Azərbaycan, rus və ingilis dillərində yaydığı son bəyanat isə ermənilərdə ciddi qorxu yaradıb. Artıq ermənilər Xankəndini də tərk etməyə başlayıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə naziri qısa bir müddətdə yaşayış məntəqələrimizə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə raket-artilleriya qoşunları da daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verdiyini açıqlayıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı