Modern.az

Liderlərin sabahkı görüşünün detalları açıqlandı

Liderlərin sabahkı görüşünün detalları açıqlandı

Dünya

Bu gün, 17:10

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin qarşıdan gələn üçtərəfli görüşdə dünya miqyasında narahatlıq doğuran münaqişələri və qlobal vəziyyəti müzakirə edəcəklər.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, liderlər böyük dövlətlərin bir-biri ilə münasibətləri necə qurmalı olduğunu və qlobal vəziyyətin yaxşılaşdırılmasına hansı töhfəni verə biləcəyini müzakirə edəcəklər.

Putin, Tramp və Si Cinpinin görüşünün yekunlarına dair birgə bəyanatın hazırlanması üzərində işlərin intensiv şəkildə davam etdiyi də bildirilib. Hazırda sənədin ayrı-ayrı müddəaları dəqiqləşdirilir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə qarşıdakı görüşlə bağlı Moskvanın gözləntilərinin praqmatik olduğunu bildirib.

TASS-ın məlumatına görə, Peskov üç liderin görüşündən qeyri-adi nəticələr gözləmədiklərini, əsas məqsədin razılaşdırılmış məsələlər ətrafında fikir mübadiləsi aparmaq olduğunu vurğulayıb.

O, Putinlə Tramp arasında ayrıca ikitərəfli görüşün dəqiq vaxtının hələ razılaşdırılmadığını bildirib. Peskovun sözlərinə görə, tərəflər mümkün görüş üçün uyğun vaxt axtarırlar. Lakin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində iki prezident arasında tamformatlı danışıqların keçirilməsi ehtimalı azdır. Bunun əvəzinə liderlərin cari məsələlər ətrafında qısa fikir mübadiləsi aparması gözlənilir.

Peskov qeyd edib ki, belə bir təmas zamanı əsas müzakirə mövzularından biri Ukrayna müharibəsi ola bilər. Vaxt imkan verərsə, İran məsələsinin də müzakirəsi mümkündür.

Qeyd edək ki, üçtərəfli görüş noyabrın 19-da Çinin Şençjen şəhərində APEC sammiti çərçivəsində keçiriləcək. Bu, Putin, Tramp və Si Cinpinin ilk üçtərəfli görüşü olacaq. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan