Modern.az

Erməni hərbçilər əsir düşüb

Erməni hərbçilər əsir düşüb

Aktual

9 Aprel 2016, 20:00


Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilən erməni hərbçilərin tam olayan siyahısını açıqlasa da, ancaq itkin düşənlərlə bağlı informasiya verilmir. Modern.az bildirir ki, “Joxovurd” qəzetinin yazdığına görə, erməni tərəfdən döyüşlər zamanı itkin düşənlər 20 nəfərdən çoxdur.

Qəzetin iddiasına görə, bununla belə, əsir düşənlərin sayı ümumiyyətlə açıqlanmayıb.”Joxovurd” yazır ki, əsir düşən hərbçilər isə var.

“Biz “Hüquqi özbaşınalığın əleyhinə” ictimai təşkilatının rəhbəri Larisa Alaverdiyandan onların əsirlər məsələsi ilə bağlı maraqlanıb-maraqlanmadıqlarını soruşdur. Sualımıza cavabında etiraf etdi ki, erməni hərbçiləri əsir düşmələri ilə bağlı məlumat olduğunu, ancaq bu məsələnin həlli üçün müvafiq prosesin başlamadığını dedi”, - qəzet yazır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!