Modern.az

Xəzəri Bakılılara qaytarın ...!

Xəzəri Bakılılara qaytarın ...!

Aktual

13 Aprel 2016, 12:00

 

Azərbaycan xalqı bu gün az qala Xəzər dənizinə həsrət qalıb. Səbəb isə Xəzər dənizi boyunca kilometlərlə hasarların çəkilməsidir. Zaman-zaman bu məsələ dəfələrlə qaldırılıb, tənqidi fikirlər bildirilib və təcili addımların atılması söylənilib.

Lakin bu çıxışlardan nəticə çıxarılmır və dəniz boyunca səddin uzunluğu artmaqda davam edir. Qarşıdan yay fəsli gəlir. Görünür, Bakı camaatı hasardan dənizə boylanacaq.

Milli Məclisin deputatı Zahid Oruc Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın içərisində Xəzərə münasibət aktual problem kimi qoyulmalıdır.

“Xəzər dənizi sahil xəttinə görə 3 yerə bölünə bilər. Parklar, dənizkənarı bulvar və s. əhatəsində olan yerlər dövlət balansındadır, ümumi istifadədir, bir kimsənin burada fərqli addım atmağına yer qalmır. 

İkincisi, özəl qurumlar üçün elan oluna bilər və o şərtlər də açıq şəkildə hamı üçün bərabər qaydanın müəyyənləşdirilməsi səviyyəsində gerçəkləşər. Belə olan təqdirdə dünya praktikasında olan şəraiti görmüş olarıq. Kimlərsə dənizə nəyinki 20 metr, eləcə də onun içərilərinə doğru irəliləmək üçün hansısa tikintiləri həyata keçiricəklərsə, xüsusi estakadalar quracaqlarsa və yaxud istirahət mərkəzləri yaradacaqlarsa, bunu reallaşdırsınlar. Amma vergi dərəcələri elə bir səviyyədə olmalıdır ki, Azərbaycan dövlətinin büdcəsi və vətəndaş bundan faydalanmış olsun. Dünya praktikasında belə təcrübə var”. 


Z.Oruc vurğulayıb ki, dənizin hamıdan kənar saxlanması layihəsi də işləmir. Dənizə yaxın obyektlərinin hamısının sökülməsi də deputatın fikrincə effekt verməyəcək.

“On minlərlə insan bundan narazı qalacaq, düşünmürəm ki, yüz minlərlə insan buradan fayda götürəcək. Bu xeyli əsaslandırılmamış mövqe olacaq.

Üçüncü hissə isə cəmiyyət üçün ümumişlək ərazilər kimi tanıdılmalı və orada qeyd edilən normativləri yüksək səviyyədə tətbiq etmək lazımdır.

Hər hansı kiçik xidmət qurumlarını çıxmaq şərti ilə yerdə qalanlarının heç birinin, məsələn, 50,100 və ya 150 metr məsafədən irəli gəlmək hüququ olmasın.

Belə olan təqdirdə vətəndaşın qaşrısındakı baryerlər aradan qalxmış olar. Xəzər dənizi xalqın dənizinə çevrilər. Problemin həllini bu formada görürəm. Dəniz ümumilli sərvətdir, bundan da bütövlükdə fayda götürmək üçün yaxşı planlar hazırlamaq lazımdır ki, ondan düzgün istifadə olsunsun”.

Z.Oruc qeyd edib ki, dənizəqarşı təkcə çəpərləmə və divar qurma, Çin səddi yaratmaq əməliyyatdan çox münasibətimizi dəyişməyi bacarmalıyıq.

“Biz çirkabımızı bu qədər sərvətlər qazandıran dənizə axıdırıq. O ərazilər də torpaq bütünlüyümüzün bir hissəsidir. Onun ekoloji fəsadlarını isə hamımız yaşayırıq. Gənc nəsli dənizə sevgi ruhunda böyütmək onun ətrafında divar çəkib-çəkməmək qədər əhəmiyyətlidir. O sədlər ona görə qurulurdu ki, bir sıra hallarda dənizi sevmirik, ayrı-seçki münasibət göstərmişik. Qanunvericilik normaları ilə yanaşı təfəkkürümüz də dəyişməlidir”.

Aytən ZƏHRA 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı