Modern.az

Sarkisyanın mövqeyi açıqlandı: “Qarabağı hələ tanımayacaq, amma..”

Sarkisyanın mövqeyi açıqlandı: “Qarabağı hələ tanımayacaq, amma..”

Aktual

11 May 2016, 13:23

Ermənistanın baş naziri Ovik Abramyan ölkə rəhbərliyinin Dağlıq Qarabağdakı separatçı rejimin müstəqilliyi tanınması ilə bağlı mövqeyinə aydınlıq gətirib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Abramyan prezident Sarksiyanın məsələyə münasibətini belə ifadə edib.

“Prezident çox aydın formada bu məsələ ilə bağlı mövqeyini ifadə edib: əgər hücum və müharibə olarsa, biz bu addıma gedəcəyik. Hələlik buna ehtiyac yoxdur”.

Abramyan hazırda Dağlıq Qarabağla Ermənistan arasında qarşılıqlı yardım haqda müqavilənin hazırlandığını da bildirib.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı