
Rusiyanın Samara vilayətində bir ailənin 6 üzvünün öldürüldüyü cinayətin 3 azərbaycanlı tərəfindən törədildiyi üzə çıxıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sızran şəhərinin keçmiş polis rəisi Andrey Qoştu və onun 5 ailə üzvünü öldürən şəxslərin əslən azərbaycanlı olan İslam Azər oğlu Babayev, Orxan Şirəli oğlu Zöhrabov və Roman Rauf oğlu Fətəliyev olduğu müəyyənləşib.Azərbaycanlılar cinayət üçün armatur parçalarından istifadə ediblər.
Hadisə zamanı yalnız 7 yaşlı qız sağ qalıb.
Hazırda o, koma vəziyyətindədir. Məhkəminin hökü ilə həbs olunanlar barəsində iyulun 2-də qədər həbs qətimkan tədbiri seçilib.