
“Ermənistanın Dağlıq Qarabağın “müstəqilliyi”ni tanıması Yerevanın Rusiyaya qarşı ədəbsizliyi olar”.
Modern.az saytının verdiyi xəbərə görə, bunu “Qordon” nəşrinə müsahibəsində rusiyalı analitik və publisist Andrey Piontkovski deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən birtərəfli tanınmadan söhbət gedirsə, bu qərarı digər dövlətlər qəbul etməyə hazırlaşmır.
Ekspert hesab edir ki, ermənilər Moskvanın çox hərəkətindən narazıdır.
“Məsələn, Rusiya Azərbaycanı silahla təchiz edir. Budur, onlar bir az oynadılar, sonra barmaqla hədələdilər. Bunun cavabında isə onlara acıqlandılar. Rusiya təsir rıçaqlarına malik olaraq vəziyyəti möhkəm nəzarətdə saxlayır. Bu isə münaqişənin saxlanılmasında maraqlı olmaq deməkdir”.
Qeyd edək ki, Ermənistanda hökumət səviyyəsində Dağlıq Qarabağdakı separatçı rejimin “müstəqilliyini” tanımaq üçün müzakirələr gündəmə gəlsə də, bu baş tutmadı.
Aqşin KƏRİMOV