Modern.az

Azərbaycan "Eurovision"un finalında...

Azərbaycan "Eurovision"un finalında...

Aktual

11 May 2016, 01:03


Azərbaycan təmsilçisi Səmra Rəhimli İsveçin paytaxtı Stokholm şəhərində keçirilən "Eurovision-2016" mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsində çıxış edib.

Modern.az saytı xəbər verir ki, "Miracle" (Möcüzə) mahnısını ifa edən müğənni səhnəyə 14-cü çıxıb. O, yarımfinalda səhnəyə qızılı paltarda çıxıb. Səhnədə S.Rəhimli ilə bərabər, 4 rəqqas və bir bek-vokalçı olub. Azərbaycanlı müsabiqə iştirakçısının çıxışı möhtəşəm pirotexniki effektlə müşayiət olunub.

İlk yarımfinalda S.Rəhimlidən başqa, həmçinin Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Hollandiya, Ermənistan, San Marino, Rusiya, Çexiya, Kipr, Avstriya, Estoniya, Çernoqoriya, İslandiya, Bosniya və Herseqovina və Malta iştirakçıları çıxış edib.

Təmsilçimiz "Eurovision-2016"nın final mərhələsində çıxış etmək şansı əldə edib. Azərbaycanla yanaşı Macarıstan, Xorvatiya, Hollandiya, Ermənistan,  Rusiya, Çexiya, Kipr, Avstriya və Malta da "Eurovision-2016"nın finalında çıxış edəcək.

Qeyd edək ki, 2-ci yarımfinal mayın 12- si saat 23:00-da, final isə mayın 14- ü saat 23:00 - da yayımlanacaq.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı