Ali Sovetin (indiki Milli Məclis) keçmiş sədri Yaqub Məmmədov “Yeni Müsavat”a açıqlamasında keçmiş müdafiə və daxili işlər naziri olmuş Tahir Əliyevin ünvanına sərt fikirlər səsləndirib.
O, Tahir Əliyevi müxalifətin təkidi ilə daxili işlər naziri təyin etdiyini deyib.
Yaqub Məmmədovun sözlərinə görə, Tahir Əliyev buna baxmayaraq Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun dəstəsinə qoşulub.
Tahir Əliyev isə ittihamla bağlı Modern.az-a açıqlama verib.
O bildirib ki, Yaqub Məmmədovun dedikləri mənasız və əhəmiyyətsizdir.
“Yaqub Məmmədov boş-boş danışır da! Qoyun nə danışır danışsın. Onun dediklərinə böyük cavab vermək fikrim yoxdur. Vaxtım olanda haqqımda dediklərini oxuyacam”.
Tahir Əliyev qeyd edib ki, Yaqub Məmmədov danışığını bilmir.
“Ona görə də artıq fikir söyləmək niyyətində deyiləm”
Namidə BİNGÖL