Modern.az

Göy-göldə bədbəxt hadisə nəticəsində turist öldü

Göy-göldə bədbəxt hadisə nəticəsində turist öldü

Aktual

14 May 2016, 20:25

Bu gün saat 16 radələrində Göy-göl Milli Parkının ərazisinə ziyarətə gələn turistlərdən biri qəfil ürək tutmasından dünyasını dəyişib. Modern.az saytı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ailəsi ilə birgə Milli Parka ziyarətə yollanmış Cavad Rüstəm oğlu Rüstəmovun, parkın ərazisinə daxil olduqdan təxminən 10 dəqiqə sonra, gəzinti zamanı qəfildən halı pisləşib. Ona Milli Parkın əməkdaşları tərəfindən ilkin yardım göstərilib və dərhal təcili tibbi yardım maşını çağırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər həmin şəxsin ürək tutmasından dünyasını dəyişməsi faktını təsdiqləyib.

Baş vermiş bədbəxt hadisə ilə bağlı Milli Parkın rəhbərliyi tərəfindən rayon polis şöbəsinə və prokurorluğa məlumat verilib.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı