Modern.az

Ərəb qadın ərinin telefonundakı araşdırmalara görə həbs olunacaq

Ərəb qadın ərinin telefonundakı araşdırmalara görə həbs olunacaq

Aktual

15 May 2016, 13:13

Səudiyyə Ərəbistanında hər işə qarışan qadınlar üçün yeni qaydalar ortaya çıxıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bundan sonra ərinin telefonunu yoxlayan qadın həbsxanaya düşər, yaxud cismani cəzaya məruz qala bilər.

Yeni qaydalara görə, qadının ərinin telefonunu yoxlaması şəxsi həyatın toxunulmazlığının pozulması kimi qiymətləndiriləcək. Əgər əri iddia qaldırarsa, qadın məhkəmə qarşısında cavab verməli olacaq.

Əvvəllər ailə işləri üzrə psixoterapevt Halid əl-Sakabi sosial şəbəkədə “Allahın iradəsi ilə” arvadların döyülməsi qaydalarını açıqlayıb.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı