Modern.az

Azərbaycan, Türkiyə və Gürcüstan neft kəmərlərini birgə qoruyacaq

Azərbaycan, Türkiyə və Gürcüstan neft kəmərlərini birgə qoruyacaq

Aktual

15 May 2016, 22:06

“Neft və qaz kəmərlərinin təhlükəsizliyinin birgə təmin olunması məsələsini müzakirə etdik və razılıq əldə olundu”. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri İsmət Yılmaz bu gün Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

İ. Yılmaz deyib ki, bu gün üç ölkə arasında hərbi-texniki və hərbi-təhsil sahəsində əməkdaşlıq, treninqlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, bölgədəki vəziyyətlə bağlı regional təhlükəsizlik məsələlərini, Azərbaycan, Türkiyə və Gürcüstan arasında birgə hərbi təlimlərin keçirilməsi məsələləri də müzakirə edilib və  razılıq əldə olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı