Modern.az

İraqda 3 mindən çox İŞİD yaraqlısı məhv edilib

İraqda 3 mindən çox İŞİD yaraqlısı məhv edilib

Aktual

15 May 2016, 23:56

2015-ci ilin əvvəlindən İraqın güc strukturları İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının 3,5 min yaraqlısını, o cümlədən 232 snayperini məhv edib. Modern.az xarici mediaya istinadən bildirir ki, bunu İraq Müdafiə Nazirliyinin Bağdaddakı hərbi əməliyyatlar komandanlığının rəsmi nümayəndəsi Saad Maan bəyan edib.

Bu müddətdə hökumət qüvvələri İŞİD-in nəzarətindəki 318 yaşayış məntəqəsi azad edilib. Bundan əlavə, İraq ordusuna İŞİD-ə məxsus 165 ədəd pulemyot olan “CİP”ni, eləcə də 200 gizli partlayıcı maddə anbarını yerlə-yeksan etmək nəsib olub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı