Modern.az

Beynəlxalq Bank tarifləri azaltdı

Beynəlxalq Bank tarifləri azaltdı

Aktual

16 May 2016, 10:51

Azərbaycan Beynəlxalq Bankının hissə-hissə ödəniş imkanlı kredit kartı olan “ElKart”-dan istifadə tariflərini xeyli aşağı salıb. Bu haqda bankın mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

Qeyd olunub ki, ilk növbədə, bu kartla verilən kreditlərin faiz dərəcəsi 36%-dən 22%-dək azaldılıb:

“Nağdlaşdırma üzrə komisyon haqq da 3%-dən 1%-ə enib. Bundan başqa, kreditlərin rəsmiləşdirilməsi üzrə xidmət haqqı əgər əvvəllər kredit məbləğinin 2%-i təşkil edirdisə, indi bu məbləğ cəmi 20 AZN-dir. “ElKart”-la açılan kredit xəttinin müddəti 2 il, kartın özünün istifadə müddəti isə 6 ildir.

Bu kartla 500 manatdan, 5000 manata qədər kredit əldə etmək olar. “ElKart”-la Azərbaycan Beynəlxalq Bankının tərəfdaşları olan yüzlərlə ticarət və xidmət mərkəzlərində ödənişlər aparmaq, müxtəlif güzəştlər qazanmaq, vaxtaşırı keçirilən kampaniyalardan faydalanmaq mümkündür”.

2014-cü ildən müştərilərin istifadəsində olan “ElKart” Azərbaycanda buraxılmış ilk təmassız ödəniş kartıdır.

“ElKart” “VİSA PayWave” və “Mastercard PayPass” təmassız ödəniş xidmətlərini dəstəklədiyindən ödəniş zamanı kartın POS terminala daxil edilməsinə gərək yoxdur. Kartlar SMS-Xəbərdarlıq xidmətinə də pulsuz qoşulur.

Gülşən RAUFQIZI 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı