Suriyanın Hələb şəhərinin şimalında İŞİD-ə qarşı antiterror əməliyyatında 27 terrorçu məhv edilib.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, əməliyyat bu sabah Türkiyə ordusu ilə beynəlxalq koalisiya qüvvələrinin birgə iştirakı ilə baş tutub.
Əməliyyatdan öncə baş tutan kəşfiyyat nəticəsində İŞİD-in atəş nöqtələri tam dəqiq müəyyən edilə bilib.
Türkiyə hərbçiləri İŞİD-in mövqelərinə artilleriyadan, beynəlxalq koalisiya qüvvələri isə havadan bombalamaqla zərbə endiriblər.
Əməliyyat nəticəsində İŞİD-in 5 müdafiə istehkamı və 2 atəş nöqtəsi məhv edilib.
Ağa AKİFOĞLU