Modern.az

Yəhudi deputatdan AÇIQLAMA: “ASALA İsrailə qarşı vuruşur”

Yəhudi deputatdan AÇIQLAMA: “ASALA İsrailə qarşı vuruşur”

Aktual

16 May 2016, 17:25

“Mən minlərlə xristian terrorçular tanıyıram. Terroru İslama bağlamaq, sırımaq ən azı insafsızlıq və siyasi naşılıqdır”.

Bu barədə Modern.az saytına açıqlamasında Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov söyləyib.

Deputat terror təşkilatlarının dövlətlər tərəfindən rəsmən tanınması məsələsindən danışıb. O bildirib ki, terrorizmi konkret olaraq hansısa bir dinə bağlamaq düzgün deyil.

“Terroru konkret olaraq hansısa dini cərəyana yaxud millətə bağlamaqd üzgün deyil. Dünyada heç bir din xadimi terrorçu doğulmur. İnsanlar tərəfindən terror anlayışı nəyə görə müxtəlif cür mənimsənilir ? Çünki burada tək bir dövlətin yox, bütün dünya mediasının müəyyən günahı var.

Bəzi dövlətlər gözləyir ki, Amerika, Rusiya, Fransa bəzi qruplaşmaları terror təşkilatı kimi tanısın. Onları siyahılarına salsın. Yəni bəzi dövlətlər terror təşkilatlarına münasibətdə böyük dövlətlərin münasibətlərini gördükdən sonra qərar verirlər”.

Deputat hesab edir ki, bir sıra dövlət başçılarının terror təşkilatlarına qarşı prinsipial mövqeyinin olmamasının əzabını xalq çəkir:

“Bəzən ölkə rəhbərləri özləri belə terror təşkilatları və terrorçu haqqında öz fikirlərində prinsipial deyillər. 

Bu səbəbə görə Azərbaycan və bir sıra ölkələr hələ də terrordan, onun nəticələrindən  əzab çəkir.

Ölkə başçısı cənab İlham Əliyev isə beynəlxalq tribunalardakı çıxışlarında konkret olaraq terror təşkilatlarının adlarını çəkir, onları qeyd edir. Azərbaycan hər zaman terrora və terrorçuğulıa qarşı prinsipial mövqe sərgiləyir.

“Bu gün Azərbaycanın konkret olaraq terror təşkilatlarının siyahısını qanunvericilik səviyyəsində tərtib etməsi o qədər də asan iş deyil.

Çünki Azərbaycan kiçik dövlət olduğuna görə bu kimi həssas məsələlərə super güclərin, böyük dövlətlərin ilkin yanaşmalarını gözləyir. 

Dünyanın bir sıra ölkələri hələ İŞİD-i terror təşkilatı kimi qəbul etmir. Böyük dövlətlər Türkiyəyə olan iyrənc münasibətlərinə görə İŞİD-i terrorçu təşkilat kimi qəbul etmirlər. Buna görə də çox ehtiyatlı olmaq lazımdır”.

Mən İsraildə dəfələrlə durbinlə baxmışam ki, Fələstin ərazisində ASALA-nın böyük hərbi düşərgələri var. Onların bir sıra üzvləri aprel döyüşlərində Qarabağda Azəerbaycan əsgəri tərəfindən məhv ediliblər. Hətta öldürüləndə ciblərindən ASALA təşklatına məxsus vəsiqələr də götürülüb.

Təəssüflər olsun ki, hələ də ASALA-nı bir sira ölkələr hələ də terror təşkilatı kimi tanımır”.

Yevda Abramov terrorçuluq ittihamını irəli sürəndə diqqətli olmağın vacibliyini vurğulayıb:“Terror və terrorçuluq ittihamları edəndə belə hər zaman diqqətli olmaq lazımdır. 3 il bundan öncə mən və Asim  Mollazadə Türkiyədə mühüm bir missiyada iştirak etdik.

İstəyirdik ki, Türkiyə ilə İsraili barışdıraq.Türkiyə və İsrail deputatlarının iştirakı ilə qarşılıqlı görüş təşkil etdik.

Hər iki tərəfin parlament üzvlərinin iştirakı ilə bir sıra ciddi məsələləri müzakirə etdik.

İsrail Knessetinin üzvləri bizə və Türkiyə deputatlarına dedilər ki, ölkə rəhbərliyi hər şeyi qəbul edir.

Amma Ərdoğanın Davosda beynəlxaq Nobel mükafatı laureatı olan Şimon Peresə “siz uşaqları çox yaxşı öldürüsünüz, sizin bu sahədə çox gözəl təcrübəniz var” deyərək terrorçuluqda ittiham etməsi barışığa menə olur .

Biz bu sözlərdən sonra həqiqətən də böyük əzab çəkdik. Çünki belə bir ittihamlar artıq araya soyuqluq salmışdı”.  

Ağa AKİFOĞLU 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı