İran parlamentinin spikeri Əli Laricani Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanı qəbul edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İran növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib.
“Dağlıq Qarabağ münaqişəsinin həllində sülh yoluna alternativ yoxdur” - deyə İran parlamentinin spikeri deyib. Onun sözlərinə görə rəsmi Tehran daim münaqişənin həllinə öz töhfəsini verməyə hazırdır.
Vüqar İsmayılov