Modern.az

Ermənistanda 44 nəfəri ilan çalıb

Ermənistanda 44 nəfəri ilan çalıb

Aktual

1 İyul 2016, 13:17

Bu il Ermənistanda 44 nəfər ilan sancması səbəbindən tibb müəssisələrinə müraciət edib. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, 2016-cı ildə Ermənistanda ilan sancmalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. 2015-ci ildə həmin göstərici 39 olub.

İlan sancmalar daha çox vilayətlərdə qeydə alınıb.  Bu il ilan sancmalara görə ölüm faktı olmayıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı