Modern.az

“Avro 2016”da daha bir erkən final: Fransa-Almaniya

“Avro 2016”da daha bir erkən final: Fransa-Almaniya

Aktual

4 İyul 2016, 00:56

Avropa çempionatının 1/4 final mərhələsində növbəti oyun keçirilib. Modern.az saytı xəbər verir ki, bu dəfə Fransa və İslandiya millisi üz-üzə gəlib. Oyunda hesabı gözlənildiyi kimi meydan sahibləri açıb. Fransa komandasının ilk qolu Jirunin adına yazılıb.

Oyunun 20-ci dəqiqəsində Pol Poqba komandasının ikinci qolunu vurub. Oyunun 43-cü dəqiqəsində Paye komandasına üçüncü qolu vurub. Amma bu da ilk hissədə vurulan sonuncu qol olmayıb. 45-ci dəqiqədə Qrizmann komandasının dördüncü qolunu vurub.

İkinci hissəyə daha fəal başlayan islandlar 56-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb. İslandiya oyunçusu Siqthorson komandasının ilk qolunu vuraraq hesabı  4:1-ə çatdırıb.

Bundan 3 dəqiqə sonra Oliviye Jiru Fransa komandasının 5-ci qolunu vurub.

Amma bu da oyunda vurulan sonuncu qol olmayıb. İslandlar 84-cü dəqiqədə vurulan qollardan daha birinin əvəzini çıxıb. Oyun Fransa komandasının 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da “Avro 2016”nın daha bir erkən final olacaq. Belə ki, yarımfinalda Fransa millisi Almaniya ilə qarşılaşacaq.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!