Rusiya 3 gün öncə Türkiyə turist turlarının satışına yenidən icazə verdikdən sonra bu ölkə ən populyar turizm istiqaməti olub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qısa vaxtda Türkiyəyə səyahət turizm şirkətlərinin dövriyyəsinin 35%-nə çatıb.
Yerli iqtisadçılar cümə günü Türkiyənin Rusiyanın turizm sektorundakı payının 6,7%, şənbə günü 38,8% və bazar günü isə 35,6%-ə çatdığını yazıb.
Bu Rusiya prezidenti Vladimir Putinin 7 aylıq fasilədən sonra Türkiyəyə səfər etməyə icazə verməsindən sonra baş verib.
“Rosturizm”-in rəsmi məlumatına görə 2015-ci ildə 3,46 milyon Rusiya vətəndaşı Türkiyədə istirahət edib.
Vüqar İsmayılov