Modern.az

Argentinada Azərbaycanla dostluq qrupu yaradıldı

Argentinada Azərbaycanla dostluq qrupu yaradıldı

Aktual

4 İyul 2016, 11:15

Azərbaycanın Argentinadakı səfirliyindən verilən məlumata görə, Argentina Parlamentinin Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupunun yaradılması haqqında qətnamə qəbul edilib.

 

Modern.az səfirliyə istinadən xəbər verir ki, qətnamə əsasında yaradılmış qrupa həmin palatanın ikinci vitse-prezidenti Patrisiya Ximenez sədrlik edəcək.

 

Ümumilikdə yeddi deputatdan ibarət qrupun beş üzvü Argentinada hazırda iqtidarda olan “Dəyişək” siyasi blokun nüfuzlu üzvləridir və onlar Argentinanın böyük əyalətlərini təmsil edirlər.

 

Qətnamədə Dostluq Qrupunun deputatlar Palatasının Xarici Əlaqələr Komissiyası, habelə Argentina Xarici İşlər və Etiqad Nazirliyi ilə birgə əməkdaşlıq edəcəyi qeyd olunub.

 

Qrupun yaradılması haqqında qətnamədə Dostluq Qrupunun üzvlərinin Azərbaycanla yaxından əməkdaşlıq edəcəyi, bu istiqamətdə Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komissiyası və Argentina Xarici İşlər və Etiqad Nazirliyi ilə birgə fəaliyyət göstəriləcəyi də bildirilir.

 

Qrupa yaxın vaxtlarda digər deputatların da qoşulacağı gözlənilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı