ATƏT Assambleyasının 25-ci yay sessiyası davam edir.
Bu gün Gürcüstan paytaxtı Tbilisidə ATƏT Parlament Assambleyasının Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclası keçirilib.
Bu barədə Modern.az-a açıqlamasında ATƏT PA-nın Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili bildirib ki, iclasda ATƏT regionunda demokratiyanın inkişafı, insan haqlarının durumu, humanitar vəziyyət və komitənin yekun qətnaməsinin layihəsi müzakirə olunub.
Ermənistandan olan deputatlar qətnamənin “ATƏT regionunda artan zorakılıq və diskriminasiya hərəkətlərinin araşdırılmasının vacibliyi” bəndinə “milli azlıqlar və dini qruplar”ın durumunun araşdırılması ilə bağlı məsələnin da əlavə olunmasını təklif ediblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri və xüsusuilə deputat Ülviyyə Ağayeva deyib ki, zorakılıq və diskriminasiya hərəkətlərini dini və milli mənsubiyyətə ayırmaq düzgün deyil.
Azərbaycanlı deputatlar bildiriblər ki, zorakılıq və diskriminasiya hərəkətlərini dini və milli mənsubiyyətə ayırmaq yeni problemlərin yaranmasına səbəb ola bilər.
Azərbaycanlı deputat Ülviyyə Ağayevanın təklifi komitə üzvləri tərəfindən də dəstəklənib.
Müzakirələrdən sonra Ermənistan tərəfinin təklifi qəbul olunmayıb.
Ağa AKİFOĞLU