Modern.az

Nardaranda polis bölməsinə rəis təyin olunub        

Nardaranda polis bölməsinə rəis təyin olunub        

Aktual

4 İyul 2016, 12:18

Sabunçu rayon Polis İdarəsinin yeni yaradılmış 42-ci polis bölməsinə rəis təyin olunub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə 42-ci polis bölməsinin rəis müavini Tərxan Əhmədov bölmənin rəisi təyin olunub.

 

 Qeyd edək ki, 42-ci polis bölməsi yaradılandan  bölməyə rəis təyin edilməyib. Polis polkovniki Azər Cahangirov bir müddət bölmənin rəisi vəzifəsini icra etsə də, daha sonra o, tutduğu vəzifədən azad edilərək Abşeron rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı