UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Daçiya-Kəpəz”oyununu idarə edəcək hakimlər briqadası müəyyənləşib.
Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Daçiya”-“Kəpəz”oyununu iyulun 7 də Moldovanın Speya şəhərindəki eyniadlı stadionda baş tutacaq.
Oyunu Gürcüstanı təmsil edən hakimlər briqadası idarə edəcək:
Baş hakim: Laşa Silaqava (Gürcüstan)
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria
Dördüncü hakim: Goga Kikaçeişvili
UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)
Hakim-inspektor: İchko Lozev (Bolqarıstan)
Qeyd edək ki,iyunun-28 Bakıda keçirilmiş oyunda 0-0 hesablı bərabərlik qeydə alınıb.
Mirmahmud KAZIMOĞLU