Almanlar Türkiyədəki terror aktlarından sonra istirahət üçün Türkiyəni seçmirlər.
Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, keçirilən sorğular nəticəsində Almanların 87 faizi terror aktlarından qorxduğu üçün Türkiyəyə getməyi fikirləşmir.
Sorğuya qatılanlardan 13 faizi təhlükəsizlik qorxusu yaşamadığını bildirərək, Türkiyədə edə biləcəyini deyiblər.
İstanbul aeroportunda meydana gələn və 44 nəfərin həyatını itirdiyi terrordan sonra keçirilən sorğulara görə, almanların 62 faizi belə bir terrorun Almaniyada da ola biləcəyini düşünürlər.
Digər bir sorğuya görə 57 faiz alman, təhlükəsizlik səbəbi ilə yoxlanışın hava limanına girməzdən əvvəl edilməsini doğru sayıblar.
Qeyd edək ki, son bir ilə qədər Türkiyə almanların tətil üçün seçdikləri 3 ölkədən biri idi. Alman Səyahət Şirkətləri Birliyinin (DRV) statistikalarına görə, keçən il 5 milyon 600min alman tətilini Türkiyədə keçirib.
Yanvar ayında Sultan Əhməd meydanında törədilən partlayışda 13 alman həyatını itirmişdi.
Qafar Ağayev